Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, Nazeli Bağdasaryan 2023-cü ildə Şirak vilayətinin rəisi vəzifəsindən azad olunduqdan sonra Nikol Paşinyanın mətbuat katibi təyin edilib. O, həmin vəzifəyə də parlamentdən göndərilmişdi.
“Məlumatlara əsasən, Bağdasaryan artıq “Vətəndaş Müqaviləsi” partiyasının parlament seçkilərində namizədləri sırasında yer aldığı üçün yaxın vaxtlarda deputat kimi fəaliyyətini parlamentdə davam etdirəcək. Bununla əlaqədar baş nazirin mətbuat katibi vəzifəsinə yeni təyinatın həyata keçirilməsi gözlənilir”, - deyə nəşr qeyd edib.
Nəşrin iddiasına görə, yeni mətbuat katibi vəzifəsinə əsas namizəd “Vətəndaş Müqaviləsi” partiyasının Gənclər Təşkilatı Şurasının katibi, 26 yaşlı Melanya Harutyunyandır.
“Diqqətçəkən məqam ondan ibarətdir ki, Melanya Arutyunyan seçkiqabağı təşviqat kampaniyası boyunca Nikol Paşinyanı müşayiət edib. Həmçinin hökumətdə keçirilən son brifinq zamanı o, jurnalistlərin arxa sırasında görünərək diqqət çəkib. Bu amillər onun yeni mətbuat katibi təyin olunacağı ilə bağlı yayılan məlumatları daha da gücləndirib”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az