Almaniyanın müdafiə naziri Rusiyadan gələn hibrid təhlükələrə qarşı xəbərdarlıq edib

2024/12/1734944924.jpg
Oxunub: 431     15:00     23 Dekabr 2024    
Almaniyanın müdafiə naziri Boris Pistorius hibrid hücumların Rusiya tərəfindən həyata keçirildiyini və bu hücumların hədəfinin Almaniya olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Pistorus “Funke” media qrupuna verdiyi açıqlamada qeyd edib.

“Rusiya prezidenti Vladimir Putin hibrid hücumlara başlayır və Almaniya xüsusi hədəfdir. Bizi yaxşı tanıyır, Putin bizi iynələyəcəyini bilir”, - deyə o qeyd edib.

Hibrid müharibəni ənənəvi hərbi əməliyyatlar, iqtisadi təzyiqlər, kompüter hücumları, media və sosial şəbəkələrdəki təbliğatın birləşməsi kimi xarakterizə edən Pistorius hücum edənlərin məqsədinin xüsusilə cəmiyyətlərin sabitliklərini pozmaq olduğunu bildirib.

Pistorius Almaniyanın buna qarşı hazırlaşmasının vacib olduğunu vurğulayıb.

“Biz Putinin təhdidinə inamla qarşı çıxmağa hazırlaşmalıyıq. Bizi narahat etdiyi üçün bu təhlükəyə məhəl qoymasaq, təhlükə azalmayacaq, əksinə böyüyəcək”, - deyə o qeyd edib.

Almaniyalı nazir əlavə edib ki, Putinin strategiyasının işləməməsi üçün hər şeyi etmək lazımdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Rusiya  


Bizi "telegram"da izləyin