Hindistan və Vyetnam “BrahMos”lar üçün 700 milyon dollarlıq müqaviləni yekunlaşdırmaq üzrədir

2024/12/1734943320.jpg
Oxunub: 359     12:51     25 Dekabr 2024    
Hindistan və Vyetnam “BrahMos” supersəs raket sistemi üçün 700 milyon dollarlıq müqaviləni yekunlaşdırmaq üzrədir.

Ordu.az xəbər verir ki, hər iki tərəf çatdırılma müddətləri, ödəniş şərtləri və texniki detallar üzrə müzakirələr də daxil olmaqla, danışıqların son mərhələsindədir.

Vyetnam Filippindən sonra “BrahMos” raket sisteminə sahib olan ikinci ölkə olacaq.

Sahil və dəniz müdafiəsinə geniş tətbiqi əks etdirən sifarişlərin həm Vyetnam ordusundan, həm də Hərbi Dəniz Qüvvələrindən gəlməsi gözlənilir.

Raket sistemi Hindistanın Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatının (DRDO) və Rusiyanın NPO Mashinostroyeniya şirkətinin birgə müəssisəsi olan “BrahMos Aerospace” şirkətinin məhsuludur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Vyetnam   BrahMos  


Bizi "telegram"da izləyin