Ordu.az xəbər verir ki, bu vəzifə ABŞ-nin milli təhlükəsizlik strategiyalarının formalaşdırılmasında, xüsusilə Yaponiya və Cənubi Koreya ilə ittifaqların idarə olunmasında böyük əhəmiyyət kəsb edir.
Kolbinin namizədliyi Çinin Hind-Sakit Okean regionunda artan təsirinə qarşı yönəlmiş müdafiə sahəsində daha aqressiv mövqeyə keçiddən xəbər verir.
Kolbi davamlı olaraq Yaponiyanı müdafiə xərclərini ÜDM-nin ən azı 3%-nə qədər artırmağa çağıraraq, cari 2%-lik hədəfin Çin və Şimali Koreyadan gələn təhdidləri nəzərə alaraq, qeyri-adekvat olduğunu qeyd edib.
“Nikkei” biznes qəzetinə verdiyi müsahibədə Kolbi deyib: “Yaponiya Çin və Şimali Koreyanın ciddi təhdidləri altındadır, lakin müdafiədə yavaş hərəkət edir. Özünü adekvat şəkildə müdafiə etmək üçün ən azı 3% xərcləməlidir”.
Sevinc Əliyeva
Ordu.az