Ordu.az xəbər verir ki, müqaviləyə tabe olan sistem ABŞ-nin xüsusilə nüvə müharibəsi kimi kritik vəziyyətlərdə strateji nüvə sistemləri arasında əlaqəni koordinasiyalı şəkildə idarə etməsini təmin etmək üçün nəzərdə tutulub.
Daha əvvəl “Boeing” tərəfindən istehsal edilən E6B “Mercury” təyyarəsinə inteqrasiya edilən sistem yeni müqaviləyə uyğun olaraq “Lockheed Martin” tərəfindən istehsal olunan E-130J təyyarəsinə quraşdırılacaq.
TACAMO missiyası ilə strateji çəkindirmə gücünü artırmağı və yeni nəsil nüvə sistemlərinə uyğun rabitə şəbəkəsi qurmağı planlaşdıran ABŞ HDQ mümkün bir əməliyyatda hava qüvvələri ilə fasiləsiz əlaqəni təmin etməyi hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az