KİV: ABŞ PKK üçün Suriyaya hərbi avadanlıq və sursat göndərib

2024/12/1734942262.jpg
Oxunub: 497     12:21     23 Dekabr 2024    
ABŞ Kürd Fəhlə Partiyasının (PKK) döyüşçüləri üçün Suriyaya hərbi avadanlıq və sursat göndərib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin "Star" qəzeti yazıb.

"ABŞ Suriyada küncə sıxışdırılmış PKK/YPG terror təşkilatına yeni hərbi avadanlıq göndərib", - məlumatda bildirilib.

Məlumata görə, dekabrın 22-də ABŞ-nin iki hərbi yük təyyarəsi Həsəkədə eniş edib.

"Deyr əz-Zor bölgəsində gizlənən terrorçulara hərbi avadanlıq və sursat 60 zirehli və yük maşınından ibarət karvanla çatdırılıb", - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PKK   Suriya  


Bizi "telegram"da izləyin