Ordu.az Kyodo agentliyinə istinadla xəbər verir ki, insident dekabrın 22-də, Yaponiya İctimai Torpaqlar, İnfrastruktur və Nəqliyyat Nazirliyinin yerli idarəsinə naməlum PUA-nın uçuşu barədə məlumat daxil olduğu zaman baş verib.
Bu hadisə hava limanında kommersiya reyslərinin gecikməsinə səbəb olub. Xüsusilə Tokio-İvakuni reysi yaxınlıqdakı Xirosima hava limanına yönləndirilib və daha sonra İvakuniyə qayıdaraq üç saatlıq gecikmə ilə yerinə yetirilib.
İnsidentlə bağlı araşdırmaların davam etdiyi bildirilir.
Ordu.az