Ordu.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında yazıb.
“Stiven Feynberq müdafiə nazirinin müavini vəzifəsini icra edəcək və Pentaqonun yenidən möhtəşəm olmasına kömək edəcək”, - deyə o bildirib.
Amerika lideri Feynberqi son dərəcə uğurlu iş adamı adlandırıb və qeyd edib ki, o, əvvəllər ABŞ müdafiə naziri vəzifəsinə namizədliyi irəli sürülmüş Pit Heqsetlə birgə işləyəcək.
Ordu.az