Çin Sintzyan və Tibetə görə Kanadaya qarşı sanksiyalar tətbiq edib

2022/02/14583-1645773951.jpg
Oxunub: 508     17:56     22 Dekabr 2024    
Çin Sintzyan-Uyğur və Tibet Muxtar Bölgələri ilə bağlı fəaliyyətlərinə görə Kanadanın iki şirkətinə qarşı sanksiya tətbiq edib.

Ordu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında müvafiq məlumat dərc olunub.

Bu təşkilatların ÇXR-dəki əmlakının dondurulacağı, Çin şirkətləri və fiziki şəxslərin onlarla əməkdaşlıq etməsinə qadağa qoyulacağı bildirilir.

Eyni məhdudiyyətlər bu şirkətlərin işçilərinə də şamil olunacaq və onların Çinə girişi qadağan ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Çin   Sanksiya  


Bizi "telegram"da izləyin