Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Donald Trampın komandası Avropa rəsmilərinə bildirib ki, ABŞ-nin yeni prezidenti NATO üzvü olan ölkələrdən müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmağı tələb edəcək, lakin Ukraynaya hərbi yardımı davam etdirməyi planlaşdırır.
ABŞ-nin yeni seçilmiş prezidentinin xarici siyasət üzrə ən yaxın köməkçiləri bu ay Avropa və Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı siyasətlərini formalaşdıran yüksək səviyyəli Avropa rəsmiləri ilə görüşlərdə öz niyyətlərini bölüşüblər.
Qeyd edək ki, Ağ Evdəki seçki kampaniyası zamanı Tramp Ukraynaya yardımı kəsəcəyini, Kiyevi fövqəladə sülh danışıqlarına məcbur edəcəyini və müdafiəyə kifayət qədər pul xərcləməsələr, NATO müttəfiqlərini müdafiəsiz vəziyyətdə qoyacağını vəd edərək, Avropa paytaxtlarını qorxudub.
Sevinc Əliyeva
Ordu.az