Ordu.az xəbər verir ki, “Kalkan” 050-G aşağı və orta mənzilli HHM sistemləri üçün çoxfunksiyalı radardır.
Adi fırlanan axtarış radarlarından fərqli olaraq, “Kalkan” 050-G 360 dərəcə yanal əhatə dairəsi üçün qüllə ətrafında paylanıb.
Radar pilotuz uçuş aparatı (mikro/mini/taktiki/UCAV), döyüş təyyarəsi, helikopter və ikinci dərəcəli yerüstü hədəflərini aşkar edə bilir, “Korkut” SSA 35 mm-lik SPAAG üzərində istifadə edilən “Akrep” 100-G atəşə nəzarət radarı ilə birlikdə işləyir.
Radar 8x8 zirehli vasitəyə quraşdırılmış, üzərində 1 ədəd 35 mm-lik revolver top və 8 ədəd MANPADS raketi olan top/raket HHM sistemi üzərində nümayiş etdirilir.
Sevinc Əliyeva
Ordu.az