Ukrayna Türkiyədən “Ada” sinfinə məxsus daha 2 korvet almağı planlaşdırır

2024/12/1734775147.jpg
Oxunub: 578     14:58     21 Dekabr 2024    
Ukrayna hökuməti Ukrayna Hərbi Dəniz Qüvvələri üçün daha 2 korvet almaqla, dəniz qüvvələrinin imkanlarını gücləndirmək planını təsdiqləyib.

Ordu.az xəbər verir ki, Müdafiə Nazirliyi 2 yeni korvetin inşası üçün 2024-2026-cı illər arasında beynəlxalq müqavilə imzalamağı hədəfləyir.

İnşa və çatdırılma prosesinin 2026-2030-cu illər arasında baş tutacağı gözlənilir.

Korvetlərin spesifik növü təsdiqlənməsə də, çox güman ki, diqqət Türkiyə istehsalı olan “Ada” sinfinə məxsus korvetlərə yönələcək.

Ukrayna hazırda Türkiyı şirkətləri ilə əvvəllər imzalanmış müqavilə əsasında bu sinifdən 2 gəmi inşa edir.

Bu satınalmalar Ukraynanın Qara dəniz və Azov dənizi sahillərini müdafiə etmək və bu bölgələrdə milli maraqlarını qorumaq üçün dəniz gücünü artırmaq məqsədi daşıyır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Türkiyə  


Bizi "telegram"da izləyin