Ordu.az xəbər verir ki, ötən həftə reaktiv mühərrik və ehtiyat hissələri Argentinaya çatdıqdan sonra gövdə nəhayət Argentinaya çatdırılıb və döyüş təyyarəsinin yığılmasına başlanılıb.
Danimarka və “Fighting Falcon” istehsalçısı ABŞ 2023-cü ilin oktyabrında Argentinaya F-16 döyüş təyyarələri təklif edərək, onun Çindən döyüş təyyarələri almasına mane olub.
Bu inkişafdan sonra, 2024-cü ilin martında Danimarka F-16 parkını Buenos-Ayresə satmaq planını rəsmiləşdirib və aprel ayında təyyarənin Argentina HHQ-yə təhvil verilməsi üçün müqavilə imzalanıb.
Sevinc Əliyeva
Ordu.az