Ukrayna PUA-larla Kazandakı yaşayış binalarına hücum edib, yanğın başlayıb - YENİLƏNİB

2024/12/1734764884.jpg
Oxunub: 429     11:03     21 Dekabr 2024    
İlkin məlumata görə, Kazandakı yaşayış binalarına PUA-larla törədilən hücum nəticəsinə ölən və ya yaralanan yoxdur.

Ordu.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Respublikanın rəisi Rüstəm Minnixanov açıqlayıb.

O bildirib ki, hadisədən sonra bütün sənaye müəssisələrinin işçiləri də təxliyə olunaraq müvəqqəti sığınacaqlarda yerləşdirilib.

***

Kazan şəhərinə hücum ümumilikdə 8 pilotsuz uçuş aparatı (PUA) ilə törədilib.

Ordu.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, hücum zamanı Kamaleev prospekti, Klara Setkin, “Yukozinskaya”, Hadi Taktaş, “Krasnaya Pozisiya” və “Orenburqski trakt” küçələrindəki binalar hədəfə alınıb.

***

Ukrayna PUA-larının Tatarıstan paytaxtındakı üç yaşayış binasına hücumundan sonra ərazidə Operativ Qərargah yaradılıb.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Hadisədən dərhal sonra əhalinin hücumların baş verdiyi yaşayış kompeksindən təxliyəsinə başlanılıb.

Yerli hakimiyyət sakinlərin qida və isti geyimlə də təmin olunacağını bildirib.

***

Ukrayna pilotsuz uçuş aparatları ilə Kazan şəhərindəki hündürmərtəbəli binalara hücum edib.

Ordu.az-ın TASS-a istinadən xəbərinə görə, hücümlar 50 dəqiqəlik intervalla törədilib. Hadisədən dərhal sonra hər üç tikilidə yanğın başlayıb.

“Baza” teleqram kanalı isə yazıb ki, şəhərin müxtəlif ərazilərinə də PUA-larla hücumlar törədilib.

Hadisənin təfərrüatları hələlik açıqlanmır.

Məlumatda bildirilib ki, Tatarıstanın rəisi Rüstəm Minnixanov və digər məsul şəxslər hadisə yerinə gəlib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Kazan   PUA  


Bizi "telegram"da izləyin