Ordu.az xəbər verir ki, Kiyevin Birləşmiş Ştatlardan tələbinə 266,4 milyon dollar dəyərində Birgə Missiya Planlaşdırma Sistemi (JMPS), texniki xidmət, təlim və ehtiyat hissələri daxil olub.
JMPS avtomatik missiya planlamasını və digər hərbi aktivlərlə koordinasiyanı dəstəkləyən proqram vasitəsidir.
Məlumata görə, təsdiq edilmiş satışın əsas podratçısı “Sabena”, “Lockheed Martin Aeronautics” və “Pratt and Whitney” olacaq.
Avqust ayından etibarən Danimarka və Niderland tərəfindən Ukraynaya onlarla F-16 tədarük edilib.
Ukraynaya ümumilikdə 100-ə yaxın təyyarə vəd edilib, onlardan 30-u Belçika tərəfindən verilib.
Sevinc Əliyeva
Ordu.az