Yunanıstan “Exocet” gəmi əleyhinə raketləri və “Marine Protector” sinfinə məxsus patrul gəmisini alacaq

2024/12/1734758606.jpg
Oxunub: 424     13:21     23 Dekabr 2024    
Yunanıstan Hərbi Dəniz Qüvvələri (HDQ) Fransa istehsalı “Exocet” gəmi əleyhinə raketlərinin ən son variantını və ABŞ istehsalı olan “Marine Protector” sinfinə məxsus patrul gəmisini alacaq.

Ordu.az xəbər verir ki, Yunanıstan HDQ parlamentin “Xüsusi Silah Komitəsi”ndən razılıq aldıqdan sonra “Exocet” raketlərinin ən yeni versiyasının satın alınmasına davam edir.

Yunanıstanın “Kathimerini” qəzetinin verdiyi məlumata görə, sözügedən satınalma 33 milyon avroya 16 ədəd MM-40 “Block” 3C gəmi əleyhinə raketinin alınmasını əhatə edir.

Yunanıstan Türkiyəyə qarşı müdafiə xərclərini artırmağa davam edir və o da bildirilib ki, parlament komitəsi Müşahidə Gəmisi Komandanlığının köhnəlmiş gəmilərini əvəz etmək məqsədilə ABŞ Sahil Mühafizəsindən 3 “Marine Protector” patrul gəmisinin alınması üçün 15 milyon avro dəyərində proqramı təsdiqləyib.

Digər tərəfdən “Kathimerini”yə görə, Yunanıstanın ağır torpedo proqramı çərçivəsində “Type 214” sualtı qayıqları üçün ilk partiyanın bu yaxınlarda Afina yaxınlığındakı Salamis adasına gəldiyi bildirilir.

Bu çərçivədə yaxın aylarda sınaq atışlarına başlanacağı gözlənilir. Fransadan tədarük edilməsi planlaşdırılan, yeni variant olan “Block 3 Exocet” gəmi əleyhinə raketlərinin 200 km mənzilli olduğu məlumdur. “Exocet” gəmi əleyhinə raket ailəsinin “Block 2” versiyası 70 km mənzilə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Exocet  


Bizi "telegram"da izləyin