Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, ölkənin silahlı qüvvələri Bundesver hərbi qulluqçuların sayını indiki hədəf olan 203 mindən 230 minə çatdırmaq istəyir.
Bundestaqda sualları cavablandıran müdafiə naziri iddialı planı ilə bağlı NATO-nun tələblərinə toxunub.
“İki Üstəgəl Dörd” Müqaviləsi var. Bu müqavilə nə qədər daimi qüvvə və nə qədər ehtiyat qüvvə ola biləcəyini müəyyən edir. Heç kim bu həddi aşan artım planlaşdırmır, ancaq bu, sadəcə olaraq Silahlı Qüvvələri “İki Üstəgəl Dörd” Müqaviləsini yerinə yetirəcək şəkildə qurma məsələsidir”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az