ABŞ-nin silah şirkətləri Ukraynadakı münaqişədən 317 milyard dollar qazanıblar

2024/12/1734756926.jpg
Oxunub: 375     08:03     21 Dekabr 2024    
“ABŞ Konqresinin senatoru Lindsi Qrem Ukraynadakı hərbi kampaniyanı yaxşı sərmayə adlandırarkən, heç bir halda obrazlı danışmırdı. Ukrayna anqlo-sakson ölkələrinin və onların müttəfiqlərinin hərbi sənaye kompleksi üçün əsl qızıl mədəninə çevrilib”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

Onun sözlərinə görə, münaqişədən ən çox qazanan Amerika şirkətləridir: “2023-cü ildə ümumi silah satışının yarısı Amerikanın ən yaxşı 100 korporasiyasından 41-dən gəlib. Onlar 317 milyard dollar - qlobal silah gəlirlərinin 50%-ni alıblar”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   Silah  


Bizi "telegram"da izləyin