ABŞ-də kreyser qalmaqalı: 1,84 milyard dollar israf edilib

2024/12/1734682762.jpg
Oxunub: 1185     11:11     24 Dekabr 2024    
ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) son zamanlar həm resursların səmərəsiz istifadəsi, həm də istismar müddətini başa vuran sistemlərin istifadəsi ilə bağlı problemlərlə gündəmə gəlir.

Ordu.az xəbər verir ki, Hökumət Hesabatlılığı İdarəsi (GAO) ABŞ HDQ-nin “Ticonderoga” sinfinə məxsus idarə olunan raket kreyserlərinin modernləşdirilməsi prosesində qeyri-adekvat planlaşdırma və idarəetmə səbəbindən ciddi maliyyə itkisi olduğunu açıqlayıb.

Hazırlanan hesabatda bu layihəyə ayrılan 3,7 milyard dolların təxminən yarısının boş yerə xərcləndiyi bildirilib.

2015-ci ildə Konqresin təzyiqi altında HDQ daha 5 il xidmət göstərmək üçün köhnəlmiş “Ticonderoga” kreyserlərini yenidən təchiz etmək addımı atıb. Ancaq layihə GAO hesabatında qeyd olunan ciddi planlaşdırma çatışmazlıqları və qeyri-ardıcıl idarəetmə səbəbindən uğursuz olub.

Məlumata görə, uğursuzluq səbəbindən 1,84 milyard dollar israf edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   Ticonderoga  


Bizi "telegram"da izləyin