Ordu.az xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.
Bu çərçivədə həm suüstü, həm də sualtı təhdidləri məhv etmək üçün inkişaf etdirilən F21 torpedosunun döyüş başlığı quraşdırılmış bir şəkildə həyata keçirilən atışda “D’Estienne d’Orves (A-69) aviso” sinfinə məxsus sualtı qayıq əleyhinə hərbi korvet olan və istismardan çıxarılan “Premier-Maître L’Her”i hədəf alaraq batırdığı bildirilib.
“D’Estienne d’Orves” sinfinə məxsus gəmilər Türkiyə HDQ-də də “Burak” sinfi kimi xidmət edir və inventara ilk daxil olduqda, Türkiyə HDQ Komandanlığı tərəfindən korvetlər, daha sonra patrul gəmiləri kimi təsvir edilib.
Hazırda xidmətdə olan “Burak” sinfinə məxsus patrul gəmiləri istifadəyə veriləcək “Hisar” sinfinə məxsus dəniz patrul gəmiləri ilə əvəz olunacaq.
Sevinc Əliyeva
Ordu.az