Putin Rusiyanın Suriyadan hərbi bazalarını çıxarıb-çıxarmayacağını hələ bilmir

2024/12/1734607233.jpg
Oxunub: 546     14:54     19 Dekabr 2024    
Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Suriyadan hərbi bazalarını çıxarıb-çıxarmayacağını hələ bilmir.

Ordu.az xəbər verir ki, bu barədə Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu məsələ yeni hakimiyyətlə maraqların üst-üstə düşməsindən asılıdır.

Putin qeyd edib ki, Rusiya Suriyaya humanitar yardım çatdırmaq üçün Xmeymim bazasından və Tartus bazasından istifadə etməyi təklif edib:

“Biz Suriyadakı siyasi qüvvələrlə münasibət saxlayırıq, onlar bizim hərbi bazalarımızın qalmasında maraqlıdırlar, biz bu haqda düşünəcəyik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Suriya  


Bizi "telegram"da izləyin