Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, hökumətin iclasında hakimiyyət rəhbərinin Avrasiya İqtisadi Birliyi ilə bağlı səsləndirdiyi bəyanat və buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin rəsmi şərhi göstərir ki, KTMT ətrafındakı böhranın ardınca Avrasiya İqtisadi Birliyi ətrafında da böhran formalaşır.
“Seçki prosesi yalnız daxili siyasi dəyişikliklər və qüvvələrin yenidən yerləşməsi ilə məhdudlaşmır. Şübhəsiz ki, seçki prosesi yalnız daxili dəyişikliklər və yenidən mövqelənmə demək deyildi. Proseslərin bu cür inkişafı xarici siyasi transformasiyalara da gətirib çıxaracaq”, - deyə o bildirib.
Erməni deputat vurğulayıb ki, inteqrasiya prosesləri, ikitərəfli və çoxtərəfli münasibətlər təkcə yeni mərhələyə keçmir, eyni zamanda sürətlənir və bu da özü ilə yeni təhdidlər gətirir.
Alpər Mövludoğlu
Ordu.az