Rusiya XİN: Avropa ilə təhlükəsizlik sahəsində yeni əməkdaşlıq formatları hazırlanmalıdır

2026/06/1782565098.jpg
Oxunub: 194     16:57     27 İyun 2026    
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Aleksandr Trofimov bəyan edib ki, Ukraynada qarşıya qoyulan məqsədlərə nail olunduqdan sonra Rusiya Avropa ölkələri ilə təhlükəsizlik sahəsində yeni əməkdaşlıq formatları hazırlamalıdır.

Ordu.az xəbər verir ki, bu barədə o, “Valday” Beynəlxalq Diskussiya Klubunun ekspert dialoqu çərçivəsində TASS agentliyinə müsahibəsində danışıb.

Diplomat Rusiya xarici işlər naziri Sergey Lavrovun “Ukrayna, Avropa və qlobal təhlükəsizlik” adlı məqaləsinə istinad edərək bildirib ki, onun fikrincə, Ukrayna ətrafındakı böhran Qərb tərəfindən yaradılıb və artıq kəskin mərhələyə keçib.

“Xüsusi hərbi əməliyyatın məqsədləri, şübhəsiz ki, yerinə yetiriləcək. Növbəti mərhələdə isə təhlükəsizlik sahəsində Avropa ölkələri ilə əməkdaşlıq mexanizmləri barədə düşünmək və bunların ümumi Avrasiya kontekstinə, Avrasiya təhlükəsizlik arxitekturasına necə uyğunlaşacağını nəzərdən keçirmək lazım gələcək”, - deyə Trofimov bildirib.

Onun sözlərinə görə, Avropanın bəzi ölkələri, o cümlədən Macarıstan və Serbiya bu cür müzakirələrə maraq göstərirlər və daha əvvəl də Avrasiya təhlükəsizliyi ilə bağlı debatlarda iştirak ediblər.

Diplomat əlavə edib ki, bu təşəbbüslər yalnız həmin ölkələrlə məhdudlaşmır və daha geniş marağın göstəricisidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   XİN   Avropa  


Bizi "telegram"da izləyin