Ordu.az xəbər verir ki, bu barədə “Georgia Online” Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Geka Geladze Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanla görüşüb.
Bildirilib ki, görüşdə Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq məsələləri, regionda baş verən proseslər və mövcud çağırışlar müzakirə olunub.
Qeyd edilib ki, tərəflər qlobal təhdidlərin aradan qaldırılması istiqamətində iki ölkənin təhlükəsizlik xidmətləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Geka Geladze erməni həmkarına qonaqpərvərliyə görə təşəkkür edib və onu cavab səfəri ilə Gürcüstana dəvət edib.
Görüşdə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin müavinləri Tamaz Boraşvili və Aleksandr Maisuradze də iştirak ediblər.
Alpər Mövludoğlu
Ordu.az