Oyun Dəyişdirici: ASELSAN MURAD 100-A AESA Radarı

2024/12/1734600086.jpg
Oxunub: 1387     16:02     21 Dekabr 2024    
ASELSAN tərəfindən hazırlanmış “Murad” 100-A AESA Atəşə Nəzarət Radarı hava müharibəsində dəyişən dinamikaya uyğun olaraq üstün texnoloji imkanlar təklif edir.

Həm reaktiv döyüş təyyarələrinə, həm də Pilotsuz Uçuş Aparatlarına (PUA) inteqrasiya oluna bilən bu radar müasir döyüş meydanlarında hava üstünlüyünün təmin edilməsində mühüm rol oynayır.

AESA Texnologiyasının Üstünlükləri

“Murad” 100-A AESA texnologiyası sayəsində çevik radioelektron şüa yönləndirmə imkanı təklif edir. Bu texnologiya radara “hava-hava” və “hava-yer” əlaqəsini eyni vaxtda yerinə yetirməyə imkan verir.

ASELSAN tərəfindən hazırlanan bu radar xüsusilə BVR (Beyond Visual Range) raket idarə etmə qabiliyyəti ilə diqqət çəkir. Uzun mənzilli hədəf nişanlarını dəstəkləyən bu xüsusiyyət hava döyüşlərində oyun dəyişdirici effekt yaradır.

“Hava-Hava” və “Hava-Yer” İmkanları

“Hava-Hava” Rejimləri:

• Çox Hədəf İzləmə (Multiple Target Tracking)
• Raket yönləndirmə dəstəyi
• Bütün bucaqlardan axtarış (All-Aspect Search)
• Hava vəziyyəti rejimləri


“Hava-Yer” Rejimləri:

• Yüksək ayırdetməli SAR görüntüləmə (Strip Map ve Spotlight SAR)
• Yerdə hərəkət edən hədəfin izlənməsi və göstəricisi (GMTI/GMTT/GMSTT)
• Sabit hədəf izləmə və məsafənin ölçülməsi


Texniki xüsusiyyətlər

• Geniş tezlik diapazonu və “GaN” güc gücləndiricisi ilə yüksək performans
• Rəqəmsal şüa formalaşdırma və radioelektron şüa yönləndirməsi
• Performansda tədricən azalma xüsusiyyəti radarın uzunmüddətli əməliyyatlar zamanı belə effektiv qalmasını təmin edir.


Əməliyyat Üstünlüyü və İnteqrasiya Çevikliyi

PUA-ların artan rolunu nəzərə alsaq, “Murad” 100-A-nın PUA və döyüş təyyarələri ilə inteqrasiyası onun hava əməliyyatlarında strateji üstünlüyünü bir daha sübut edir. ASELSAN tərəfindən hazırlanmış bu radar çoxyönlü missiyalarda hava platformalarının effektivliyini artıraraq, əməliyyat üstünlüyünün əvəzsiz elementinə çevrilir.

“Murad” 100-A həm texnoloji imkanları, həm də çevik istifadə imkanları ilə Türkiyənin müdafiə sənayesində çatdığı yüksək səviyyəni bir daha nümayiş etdirir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   MURAD   Radar  


Bizi "telegram"da izləyin