Almanların “Akkuyu” AES-dəki boşluğu bağlanır! Türkiyə, Rusiya və Çin güclərini birləşdirdi

2024/12/1734599811.jpg
Oxunub: 717     14:16     24 Dekabr 2024    
Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası “Rosatom”un Baş direktoru Aleksey Lixaçev “Akkuyu” Atom Elektrik Stansiyası (AES) layihəsinin Almaniyanın “Siemens” şirkətinin qaz izolyasiyalı paylayıcı qurğunu istehsal etdiyi halda tədarük etməməsi kimi sanksiyalarla üzləşdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

“Türkiyəli mütəxəssislər və çinli tərəfdaşlarımızla birlikdə qaz izolyasiyalı paylayıcı qurğularımızın quraşdırılması müddətini qısaldacağıq. İndi biz alman tədarükçülərimizin bizi məcbur etdiyi boşluğu bağlayırıq”, - deyə Lixaçev qeyd edib.

Lixaçov yazılı açıqlamasında vurğulayıb ki, “Akkuyu” AES-də 4 blokda işlər aktiv şəkildə davam edir.

Lixaçev layihənin birinci və ən mühüm məqsədinin 1-ci blokda nüvə enerjisindən əldə ediləcək ilk kilovat-saat elektrik enerjisinin istehsal edilməsi olduğunu və bu yolda davamlı irəliləyişlər əldə etdiklərini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Akkuyu   Rusiya   Türkiyə  


Bizi "telegram"da izləyin