Kosmosa buraxılan insan mini beyinləri gözlənilməz bir şəkildə inkişaf edib

2024/12/1734589520.jpg
Oxunub: 560     17:54     24 Dekabr 2024    
ABŞ alimləri insan beyin toxumasını təmsil edən orqanoidləri Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndəriblər və nəticələr hər kəsi təəccübləndirib.

Ordu.az xəbər verir ki, 2019-cu ildə aparılan təcrübədə aşağı Yer orbitində bir ay keçirən bu mini beyin strukturları həm sağlam qalıb, həm də Yerdə yetişdirilən analoqlarından daha sürətli yetkinləşib.

“Scripps” Araşdırma İnstitutunun molekulyar bioloqu Cin Lorinq bunun böyük bir sürpriz olduğunu deyib.

“Bu hüceyrələrin kosmosda sağ qalması böyük bir sürpriz oldu. Bu tədqiqat neyrodegenerativ xəstəliklərdən təsirlənən digər beyin bölgələrini araşdırmaq üçün yeni təcrübələrə yol açır”, - deyə o qeyd edib.

Orqanoidlər özü-özünü yeniləyə bilən, orqan funksiyasını yerinə yetirə bilən, birbaşa toxuma və ya kök hüceyrələrdən əldə edilən üç ölçülü hüceyrə qrupları kimi müəyyən edilir. Orqanoidlər struktur və funksional olaraq alındıqları toxumaya bənzəyir.

BKS mikroqravitasiyanın insan hüceyrələrinə təsirini öyrənmək üçün unikal imkan yaradır. Bu təsirlər təkcə astronavtların sağlamlığı üçün deyil, həm də Yerdəki tibbi tədqiqatlar üçün böyük əhəmiyyət kəsb edir. Mikroqravitasiya mühiti xəstəliyin modelləşdirilməsi və dərmanların hazırlanması işlərində yeni qapılar açır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kosmos  


Bizi "telegram"da izləyin