Britaniyalı iqtisadçı: “50 il əvvəl dizayn edilmiş 1 ədəd pilotlu F-16, yoxsa 15 ədəd ən müasir “Bayraktar Kızılelma”?”

2024/12/1734589358.jpg
Oxunub: 592     13:12     24 Dekabr 2024    
Britaniyalı iqtisadçı Timoti Eş Türkiyənin yüksək qiymətə F-16 almasına diqqət çəkən bir sual verib.

Ordu.az xəbər verir ki, britaniyalı iqtisadçı F16 və Türkiyənin tamamilə yerli, milli imkanlarla inkişaf etdirdiyi “Bayraktar Kızılelma” pilotsuz döyüş təyyarəsini eyni çərçivədə paylaşdığı “X” paylaşımında belə bir sual verib:

“Eyni qiymətlə 50 il əvvəl dizayn edilmiş 1 ədəd pilotlu F-16-nı, yoxsa 15 ədəd ən müasir “Bayraktar Kızılelma” pilotsuz döyüş təyyarəsini seçərdiniz?”.

Türkiyənin F-16 satınalmaları üçün bu yaxınlarda imzaladığı 20,5 milyard dollarlıq müqavilənin ölçüsü müzakirə edilərkən, “Space X”in Baş direktoru İlon Mask pilotlu döyüş təyyarələri ilə bağlı diqqətəlayiq bir paylaşım edib.

Mask öz paylaşımında qeyd edib: “Bəzi axmaqlar hələ də F-35 istehsal edir”.

Məşhur iqtisadçı Eşin paylaşımı ilə insansız sistemlərin sürətlə inkişaf etdiyi bir dövrdə pilotlu döyüş təyyarələrinə yatırılan investisiyaların maliyyə böyüklüyü bir daha müzakirəyə çıxarılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar   Kızılelma   Türkiyə  


Bizi "telegram"da izləyin