“Frontex” Aralıq dənizindəki missiya üçün IAI və “Airbus”u seçib

2024/12/1734589135.jpg
Oxunub: 619     16:16     24 Dekabr 2024    
Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi (Frontex) Aralıq dənizində insansız hava müşahidə sistemlərinin istifadəsi üçün “Airbus” və “Israel Aerospace Industries” (IAI) ilə dörd illik müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, “Frontex” “Airbus DS Airborne Solutions” (ADAS) və IAI ilə Aralıq dənizində ekipajsız dəniz hava nəzarəti xidmətləri göstərmək üçün dörd illik əməkdaşlıq müqaviləsi imzalayıb.

Bu əməkdaşlıq çərçivəsində “Heron” Pilotsuz Uçuş Aparatı (PUA) sisteminin 2025-ci ilin əvvəlində Aralıq dənizində fəaliyyətə başlayacağı və sərhəd təhlükəsizliyinin artırılması ilə yanaşı, axtarış-xilasetmə işlərinə də dəstək verəcəyi bildirilib.

“Heron” PUA sistemi 30 saatdan çox havada qala bilmə qabiliyyəti və elektro-optik kameralar, termal infraqırmızı sensorlar, dəniz patrul radarı və avtomatik identifikasiya sistemi kimi avadanlıqları ilə diqqət çəkir.

Bu imkanların “Frontex”in Varşavadakı əməliyyat komandanlıq mərkəzinə və ev sahibi ölkələrin idarəetmə mərkəzlərinə ötürülən real vaxt rejimində müşahidə məlumatlarını təmin etməklə, situasiya məlumatlılığı və əməliyyat müdaxiləsini təkmilləşdirməsi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Frontex   Avropa  


Bizi "telegram"da izləyin