Rusiya Ermənistanın anti-İran cəbhəsi açmamasını idarə edə biləcəkmi? – ANALİZ

2024/12/1734496418.jpg
Oxunub: 1110     11:32     19 Dekabr 2024    
İranın dini lideri ayətullah Əli Xameneyi Suriya inqilabı haqda deyib: “Qonşu Suriya dövlətinin hökuməti rol oynayıb və oynamaqda davam edir, lakin sui-qəsdin əsas təşkilatçıları, qərargahı ABŞ və sionist rejimdədir”.

Lakin o hesab edir ki, “suriyalı gənclər üsyana qalxaraq, vətənlərini Dəməşqdə şən şənliklər təşkil edən təkfirçi dəstələrdən azad edəcəklər”. Xameneyi Suriya ordusunu İran hərbi dəstək nümayiş etdirməyə hazır olduğu halda müqavimət göstərmədiyinə görə tənqid edib. İran dini liderin və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandanlığının hədələyici bəyanatlarına baxmayaraq, Suriyada hələ də aktual bir aktor deyil, Türkiyə, İsrail, ABŞ və Rusiya isə orada aktordur.

Bununla bağlı Türkiyənin müdafiə naziri Yaşar Gülər çox üstüörtülü açıqlama verib. O bildirib ki, Suriya ərazisində “səpələnmiş” hərbi nümayəndəliklərin təhlükəsiz şəkildə köçürülməsində Rusiyaya kömək etmək təklifi ilə çıxış ediblər, lakin cavab ala bilməyiblər. Gülər Rusiyanın Suriyanı tərk edəcəyinə əmin deyil. O hesab edir ki, Moskva “Tartus” və “Hmeymim” hərbi bazalarını saxlamaq üçün “qiyamçı qüvvələrlə” danışıqlar aparır.

“Həyat Təhrir əş-Şam”ın lideri Culani bildirib ki, Rusiyanın hərbi mövcudluğu məsələsi “Suriya xalqı tərəfindən həll olunacaq”. Amma indiki mərhələdə heç kim “Suriya xalqı”nın kim olduğunu bilmir və hər kəs onu özünə sərf edən şəkildə təqdim edir.

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Herzi Halevi bəyan edib ki, Colan təpələri və Hermon dağı “ekstremistlərin vəhşiliklərinin qurbanı ola biləcək mülki əhalinin təhlükəsizliyini təmin etmək” məqsədilə ələ keçirilib. Türkiyənin müdafiə naziri qarşı çıxıb ki, İsrailin hərəkətləri onun “işğalçılıq zehniyyəti”ni ortaya qoyur və Ankaranın “Bölgədə sionizmin məqsədi yeni torpaqlar əldə etməkdir, onlar Qəzza ilə kifayətlənməyəcəklər” xəbərdarlığını təsdiqləyir.

Türkiyənin müafiə nazir əlavə edib ki, İsrail PKK birləşmələrinə hərbi dəstək verməyə çalışarsa, Türkiyənin hava hücumundan müdafiə sistemləri və qırıcılarına onun hava qüvvələrini məhv etmək əmri veriləcək. Türkiyə prezidentinin hakim “Ədalət və İnkişaf” partiyasının növbəti qurultayındakı bu bəyanatı rəqibi təşvişə salıb: “Birinci Dünya müharibəsi regionumuzun sərhədlərini yenidən nəzərdən keçirsəydi, şərtlər fərqli olsaydı, nəyimiz olardı? Hələb, İdlib, Həma, Dəməşq, Rakka dediyimiz şəhərlər Antep, Hatay, Urfa kimi vilayətlərimiz olardı”.

Ərdoğan əslində müstəqil Suriyanın Osmanlı İmperiyasının Birinci Dünya müharibəsində məğlubiyyətinin “doğumu” olduğunu deyib. Türkiyə mətbuatı Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalının bir neçə gün əvvəl Dəməşqə Ərdoğanın səfərini hazırlamaq üçün göndərildiyinə eyham vurur. Türkiyə müdafiə naziri eyham vurub ki, Ankara keçid hökumətindən belə bir təklif alarsa, Suriya ordusunu yenidən təşkil etməyə hazırdır.

Deyilən ifadə açıq-aşkar sübut edir ki, kəşfiyyat direktoru və bəzi məlumatlara görə, həm də xarici işlər naziri Hakan Fidan Dəməşqdə artıq ilkin müzakirələr aparıblar. Böyük ehtimalla Türkiyə Suriya silahlı qüvvələrinin yenidən təşkili üçün beynəlxalq dəstəyi təmin edib. Görünür, Ankara ABŞ-nin məhdud hərbi kontingentinin Suriyanın şimal-şərqindən çıxarılmasını gözləyir.

İntriqa bəlkə də ondan ibarətdir ki, bu qoşunlar Dəməşqdən 20-25 km aralıda olan israillilərlə “təmasda olacaqlarmı”, Suriyanın Rusiyanın iki hərbi bazasının yerləşdiyi, ələvilər yaşayan bölgələrini də tutacaqlarmı? Bəs İranın “suriyalı gəncləri üsyana çıxarmaq üçün hansı resursları var?” Türkiyə və İsrail İrana qarşı birləşsə, necə olacaq? Rusiya Ermənistanın anti-İran cəbhəsi açmamasını idarə edə biləcəkmi?

Əgər Qərbin əsas problemi, prezident Putinin dediyi kimi, Rusiyanın “strateji məğlubiyyəti”dirsə, bunun Ukrayna cəbhəsində, yoxsa Yaxın Şərq-Qafqaz-Mərkəzi Asiya hiperregionunda olmasının onun üçün nə fərqi var?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   İran  


Bizi "telegram"da izləyin