Zaxarova Moskvadakı terror aktını törədənləri təqdir edən ölkələri açıqlayıb

2024/07/1721812829.jpg
Oxunub: 545     23:14     17 Dekabr 2024    
"Moskvanın Ryazanski prospektində baş verən və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov, eləcə də köməkçisinin ölümü ilə nəticələnən terror aktının günahkarlarını istintaq müəyyən edəcək".

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.

O bildirib ki, "bu hadisəni törədənləri təhrik və təqdir edənlər" Fransa, Avstriya, İsveç. Lüksemburq, Niderland, Norveç, Britaniya, Litva, Estoniya, Çexiya, Çili, Uruqvay, Cənubi Koreya və Ukrayna hakimiyyətləridir.

Zaxarova terror aktlarını dəstəkləyənləri və onların qarşısında məqsədli şəkildə susanları həmin hadisələrin iştirakçısı adlandırıb.

Sonda rəsmi nümayəndə BMT Katibliyini susqunluqda günahlandıraraq, bunun riyakarlıq olduğunu qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Moskva   Terror  


Bizi "telegram"da izləyin