BMT-nin humanitar məsələlər üzrə koordinatoru Colani ilə görüşüb

2024/12/1734431499.jpg
Oxunub: 398     14:11     17 Dekabr 2024    
BMT Baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Tom Fletçer “Heyət Təhrir əş-Şam”ın (HTŞ) lideri Əbu Məhəmməd əl-Colani ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Fletçer “X” platformasındakı paylaşımında bildirib.

“Dəməşqdəki görüşlərimdən, o cümlədən Əbu Məhəmməd əl-Colani ilə aparılan konstruktiv müzakirələrdən ruhlandım. Bizim vacib humanitar dəstəyi əhəmiyyətli dərəcədə artırmaq üçün əsaslarımız var”, - o paylaşımında qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT  


Bizi "telegram"da izləyin