Polşa təxminən 4,3 milyard zlota (1 milyard dollardan çox) dəyərində 80 ədəd “Rosomak” zirehli döyüş maşınları alacaq. İmzalanmış müqavilə çərçivəsində zirehli döyüş maşınlarının 2027-2028-ci illərdə tədarükü planlaşdırılır.
Ordu.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Polşanın baş nazirinin müavini, müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.
"Bu gün biz 80 ədəd “Rosomak” alırıq, iyulda 58 ədəd sifariş edilib. 2024-cü ildə 130 “Rosomak-L” zirehli döyüş maşını alınıb”, - o qeyd edib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Polşa
Zirehli-maşın