Ordu.az xəbər verir ki, 2024-cü il dekabrın 12-13-də Yunanıstanın paytaxtı Afinada 1-ci Fransa-Yunanıstan Müdafiə İnnovasiyaları Simpoziumu keçirilib.
Bu simpoziumda müxtəlif əməkdaşlıqlar imzalanıb.
Yunanıstan Müdafiə Nazirliyinin verdiyi rəsmi açıqlamaya görə, simpoziumdakı inkişaflar belədir:
Yunanıstan Fransanın Müasir Hərbi Müşahidə Peyk Proqramına (CSO: Composante Spatiale Optique) çıxış əldə edib.
GDAEE və DGA arasında əməkdaşlıq memorandumu imzalanıb.
İnsansız sistemlərə nəzarət və idarəetmə sahələrində innovativ texnologiya inkişaf etdirən, Yunanıstanda fəaliyyət göstərən şirkətlər mükafatlandırılıb.
Müdafiə sənayesi, peşəkar vasitə inkişaf etdirmə, gəmiqayırma, robot sistemi inkişaf etdirmə, avtomatlaşdırma və süni zəka şəbəkələrinin tətbiqi kimi sahələrdə fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlıq müqavilələri imzalanıb.
Sevinc Əliyeva
Ordu.az