Yunanıstan 2025-ci ildə müdafiə büdcəsini iki dəfə artıracaq

2024/12/1734425285.jpg
Oxunub: 657     14:47     17 Dekabr 2024    
Yunanıstan müdafiə xərclərini artırır.

Ordu.az xəbər verir ki, Yunanıstan parlamenti 2025-ci il dövlət büdcəsini bazar günü ənənəvi olaraq hökumətə etimad səsverməsi kimi qəbul edilən səsvermədə təsdiqlədikdən sonra müdafiə xərclərini iki dəfə artıracaq.

2025-ci maliyyə ilinin dövlət büdcəsi ümumilikdə 299 səsdən 159-u ilə təsdiq edilərkən, müdafiə xərcləri daha çox səs çoxluğu ilə təsdiqlənib.

Müdafiə Nazirliyinin xərcləri 2025-ci ildə avadanlıq tədarükünün artması səbəbindən 3,6 milyard avrodan 6,1 milyard avroya (6,5 milyard dollar) yüksələcək.

Əsas müxalifət partiyaları PASOK və SYRIZA ilə yanaşı, “Hellenic Solution” partiyası da səsvermədən əvvəl müdafiə xərclərinin artırılmasını təsdiq edəcəklərini bildirib.

Müdafiə naziri Nikos Dendias parlamentdə deyib ki, bu xərclər ölkənin üzləşdiyi problemlər, xüsusən də Türkiyə ilə əlaqədar olaraq zəruridir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Müdafiə   Büdcə  


Bizi "telegram"da izləyin