İnsanları PKK-ya qoşulmağa məcbur edən qadın terrorçu Türkiyə ordusuna təslim olub

2024/12/1734424276.jpg
Oxunub: 395     12:20     17 Dekabr 2024    
Türkiyə ordusu PKK terror təşkilatına qarşı əməliyyat tədbirlərini davam etdirir.

Ordu.az "TRT Haber"ə istinadən xəbər verir ki, terror təşkilatının qadın sui-qəsdçilərindən biri Şanlıurfada keçirilən əməliyyat zamanı inandırma söhbəti nəticəsində təslim olub.

Türkiyə polisi və Milli Kəşfiyyat İdarəsinin (MİT) apardığı araşdırma nəticəsində məlum olub ki, o, 2008-ci ildə PKK terror təşkilatı sıralarına qoşulub.

Həmçinin qadın terrorçunun İraqdan Suriyaya göndərildiyi, bölgədəki insanları terror təşkilatına qoşulmağa məcbur etdiyi və təşkilatın qatilləri arasında olduğu müəyyən edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK   Terror  


Bizi "telegram"da izləyin