Kanadanın müxalifət lideri: Trüdo ölkədə vəziyyətə nəzarəti itirib

2024/12/1734413259.jpg
Oxunub: 514     08:16     17 Dekabr 2024    
Kanadanın Baş naziri Castin Trüdo təkcə ölkədə baş verən proseslərə deyil, həm də öz Nazirlər Kabinetinə nəzarəti itirib.

Ordu.az-ın CTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Kanadanın müxalif Mühafizəkarlar Partiyasının lideri Pyer Pualyevr parlamentdə çıxışı zamanı deyib.

"Baş nazir nəzarəti itirdi, lakin hakimiyyətdən yapışmağa davam edir", - siyasətçi deyib. "Biz onun seçicilər, miqrasiya, xərclər, inflyasiya və mənzil xərcləri üzərində nəzarəti itirdiyini bilirdik, lakin indi öz Kabineti üzərində nəzarəti itirib", - Mühafizəkarlar Partiyasının lideri vurğulayıb.

Onu müxalifətdəki Yeni Demokrat Partiyasının rəhbəri Caqmit Sinqh də dəstəkləyib. Sinqh birbaşa rəqiblərindən Trüdonun nə vaxt istefa verəcəyini soruşub. Liberal deputatlar bu suallara məhəl qoymayıblar. Parlamentin həm də deputatı olan Baş Nazir bazar ertəsi parlamentin iclasına qatılmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Trüdo  


Bizi "telegram"da izləyin