Quterreş Suriyadakı müvəqqəti hökumətin atdığı addımları alqışlayıb

2024/11/ttyty-1732291893.jpg
Oxunub: 662     08:26     17 Dekabr 2024    
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Suriyadakı hadisələrlə bağlı yazılı açıqlama verib.

Ordu.az xəbər verir ki, Quterreş Suriyanın müvəqqəti hökumətinin mülki insanları qorumaq öhdəliyini alqışlayıb.

“Mən Suriyadakı müvəqqəti hökumətin mülki insanları, o cümlədən humanitar işçiləri qorumaq öhdəliyini alqışlayıram”, - deyə o açıqlamasında deyib.

Suriyadakı mövcud hadisələr işığında Quterres, BMT Baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Tom Fletçeri Suriyadakı müvəqqəti hökumətlə humanitar yardımı artırmaq üçün Dəməşqə göndərdiyini qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Quterreş   Suriya  


Bizi "telegram"da izləyin