Ordu.az xəbər verir ki, o, müvafiq məktubu “X” sosial şəbəkəsində yayıb.
“Cümə günü (13 dekabr - red.) siz (Trüdo - red.) mənə Nazirlər Kabinetində başqa vəzifə təklif edərək, artıq mənim maliyyə naziri olmağımı istəmədiyinizi söylədiniz. Düşündükdən sonra ümumiyyətlə, Nazirlər Kabinetini tərk etmək qərara gəldim”, - o yazıb.
KİV-in məlumatına görə, deputat Qərbi Ukrayna köklərinə malikdir və barışmaz anti-Rusiya mövqeyi ilə tanınır.
Qeyd edək ki, dekabrın 18-də Trüdo Nazirlər Kabinetində dəyişiklik edəcək. Trüdo və Kanadanın hakim Liberal Partiyası 2023-cü ildən davam edən qiymət artımları və yaşayış xərclərinin artması fonunda həmvətənlərinin dəstəyini itirməyə başlayıb.
Ordu.az