Ordu.az xəbər verir ki, bu barədə “Le Temps” qəzeti İsveçrənin xarici işlər naziri İqnazio Kassisə istinadən məlumat yayıb.
“Moskva, Vaşinqton, həmçinin G7 və Aİ ölkələri ilə intensiv iş davam edir”, – deyə Romada jurnalistlərə açıqlamasında diplomat bildirib.
Kassisin sözlərinə görə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyasından gələn siqnallar İsveçrə tərəfini Ukrayna məsələsində həll yolunun tapılması ehtimalı ilə bağlı “ehtiyatlı optimist” olmağa sövq edir.
O, həmçinin Moskva ilə Kiyev arasında dialoqun başlanmasının vacibliyinə işarə edib.
Ordu.az