Aİ Suriyanın yeni hakimiyyəti ilə Rusiya bazalarının ləğvini müzakirə edəcək

2024/12/1734412118.jpg
Oxunub: 417     01:48     17 Dekabr 2024    
Avropa İttifaqı (Aİ) Suriyanın yeni hakimiyyət orqanları ilə dialoqda bu ölkədəki Rusiya bazalarının ləğvi ilə bağlı məsələlər qaldıracaq.

Ordu.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas təşkilatın 27 ölkəsinin xarici işlər nazirlərinin görüşünün yekunları üzrə deyib.

O bildirib ki, məsələ müxtəlif səviyyələrdə görüşlər zamanı müzakirə ediləcək.

Kallasın sözlərinə görə, mövzu dünənki görüş zamanı da müzakirə olunub: "Bir sıra avropalı nazirlər bildirdilər ki, Suriyanın yeni rəhbərliyi ilə dialoq üçün Rusiya təsirindən imtina şərt olmalıdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Suriya   Rusiya  


Bizi "telegram"da izləyin