Macarıstan Aİ-nin Ukraynaya silah üçün 6,5 milyard avro ayırmasına veto qoyub

2024/07/1722417828.jpg
Oxunub: 498     20:32     16 Dekabr 2024    
Macarıstan Avropa Birliyinin Ukraynaya 6,5 ​​milyard avro hərbi yardım ayırmaq qərarına veto qoyub.

Ordu.az xəbər verir ki, bu barədə Brüsseldə Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə görüşdə iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

"Bu gün mən Ukraynaya silah tədarükünün ödənilməsi üçün Avropa Sülh Fondundan 6,5 milyard avro ayrılmasına veto qoydum", - xarici işlər naziri bildirib.

Qeyd edək ki, bu, Macarıstanın Ukrayna ordusuna silah tədarükü üçün Avropa Sülh Fondundan vəsait ayrılmasına mane olan ilk hal deyil. Budapeşt xəbərdarlıq edib ki, Kiyev heç bir Macarıstan şirkətinin Ukraynanın ”beynəlxalq müharibənin sponsorları” siyahısına daxil edilməyəcəyinə dair zəmanət verməyincəyə qədər mövqeyini dəyişməyəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna  


Bizi "telegram"da izləyin