AKP sözçüsü: "Ukraynada gərginliyin artmasına səbəb Qərbin Türkiyənin səylərinə dəstək verməməsidir"

2024/12/1734360830.jpg
Oxunub: 548     18:28     16 Dekabr 2024    
Ukraynada gərginliyin artmasına səbəb Qərbin Türkiyənin səylərinə kifayət qədər dəstək verməməsidir.

Ordu.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü (AK Partiya) Ömər Çelik mətbuat konfransında danışıb.

O bildirib ki, Ukraynada artıq hipersonik raketlərdən istifadə edilir.

Ö.Çelik söyləyib ki, Qərb dövlətləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna ilə Rusiya arasında müharibənin başa çatması üçün ortaya qoyduğu diplomatik səyləri kifayət qədər dəstəkləmir: “Əgər güclü dəstək verilsə idi, bu gün getdikcə qloballaşadan müharibə gündəmini yox, başqa gündəmləri müzakirə edərdik”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ukrayna  


Bizi "telegram"da izləyin