İsrail Suriyanın 12 mövqeyinə hücum edib

2024/12/1734340678.jpg
Oxunub: 397     13:15     16 Dekabr 2024    
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları və Hərbi Dəniz Qüvvələrinin gəmiləri Suriya Hava Hücumundan Müdafiə qüvvələrinin 12 batareyasına və erkən xəbərdarlıq radarlarına raket zərbələri endirib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, İsrail təyyarələri Tartus və Latakiya arasındakı sahilyanı bölgələrdə hərbi obyektlərə hücum edib.

Bundan əlavə, Suriya ordusunun Tartus şəhərinin (Dəməşqdən 220 km) şərqində yerləşən sursat anbarlarına hava hücumları həyata keçirilib.

Bildirilib ki, hücum nəticəsində ölən və yaralananlar var, lakin onların sayı dəqiqləşdirilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Suriya  


Bizi "telegram"da izləyin