Avropa İttifaqı Ukraynaya 6 milyard avro hərbi yardım ayırmaq istəyir

2024/12/1734340632.jpg
Oxunub: 415     12:55     16 Dekabr 2024    
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri bu ilin son iclasında Ukraynaya silah tədarükü üçün 6 milyard avro məbləğində vəsaitin ayrılması məsələsinə baxmağı planlaşdırırlar.

Ordu.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, tədarük Avropa Sülh Fondunun vəsaiti hesabına həyata keçiriləcək.

"Bizə yeni silahlar yox, Ukraynada atəşkəs lazımdır", - o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-İttifaqı   Ukrayna  


Bizi "telegram"da izləyin