Ukrayna Rusiyanın “Su-27” döyüş təyyarəsini yandırıb

2024/12/1734336363.jpg
Oxunub: 488     12:31     16 Dekabr 2024    
Ukrayna agentləri Rusiyanın Hərbi Hava Qüvvələrini hədəfə alaraq, Krasnodardakı aviabazada “Su-27” döyüş təyyarəsini məhv ediblər.

Ordu.az xəbər verir ki, Ukrayna Müdafiə Kəşfiyyat İdarəsi (GUR) 2024-cü il dekabrın 13-də Rusiyanın Krasnodar diyarının Krmsk şəhərindəki aviabazada Rusiyaya məxsus “Su-27” döyüş təyyarəsinin məhv edildiyini açıqlayıb.

Bu əməliyyatın GUR agentlərinin Rusiyanın hərbi infrastrukturunu hədəf alan planlı hücumu olduğu açıqlanıb.

GUR-un rəsmi saytında dərc olunan xəbərdə əvvəlcə məhv edilən təyyarənin “Su-30” olduğu iddia edilsə də, sonrakı məlumatlarda təyyarənin qırmızı bort nömrəsi 16 olan “Su-27P” olduğu təsdiqlənib.

Hadisə yerini göstərən və paylaşılan görüntülərdə sözügedən təyyarənin ciddi şəkildə zədələndiyi və yararsız hala düşdüyü görüntülənib.

Bundan əlavə, GUR Krasnodar şəhərində güclü yanğın nəticəsində Rusiyaya məxsus 3 lokomotivin yararsız hala düşdüyünü bildirib.

Sözügedən əməliyyat Kiyev kəşfiyyatının Moskva administrasiyasının hava gücünü zəiflətmək üçün atdığı cəsarətli addımlardan biri kimi qiymətləndirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin