Trüdo hökumətdə dəyişikliklər edəcək

2024/09/1727326607.jpg
Oxunub: 572     07:21     16 Dekabr 2024    
Kanadanın Baş naziri Castin Trüdo tezliklə hökumətdə dəyişikliklər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Məlumata görə, mənzil, infrastruktur və icmalar naziri Şon Freyzer şəxsi səbəblərə görə hökuməti tərk edəcək.

Qeyd edilir ki, Freyzerin gedişi Trüdoya ciddi zərbə vura bilər, çünki o, Kanada siyasətində "yüksələn ulduz" hesab olunurdu və eyni zamanda mühüm mənzil tikintisi sənayesinə nəzarət edirdi.

Eyni zamanda, Kanada Bankının keçmiş rəhbəri Mark Karni Trüdonun kabinetinə daxil ola bilər.

Baş nazirin dekabrın 18-də Nazirlər Kabinetində dəyişiklik edəcəyi gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Hökumət  


Bizi "telegram"da izləyin