Suriya müxalifəti məcburi hərbi xidməti ləğv etmək niyyətindədir

2024/12/1734325569.jpg
Oxunub: 362     01:17     16 Dekabr 2024    
Suriya müxalifəti məcburi hərbi xidməti demək olar ki, tamamilə ləğv etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Syria TV” məlumat yayıb.

“Hökumətin keçidi mərhələsində öyrəniləcək və həyata keçiriləcək ən mühüm addımlar arasında icbari hərbi xidmətin ləğvi də var”, - məlumatda deyilir.

Bununla belə, bəzi ixtisaslar üzrə qısa müddətə, bir aydan çox olmayaraq hərbi xidmətə çağırılma ehtimalı da mövcuddur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Hərbi-xidmət  


Bizi "telegram"da izləyin