Polşa rusiyalı milyarderi sanksiyalar siyahısına salıb

2024/12/1734287122.jpg
Oxunub: 459     23:24     15 Dekabr 2024    
Polşa rusiyalı iş adamı, “Finstar Financial Group” investisiya qrupunun müşahidə şurasının sədri Oleq Boykonu sanksiyalar siyahısına əlavə edib.

Ordu.az xəbər verir ki, Polşanın daxili işlər naziri Tomaş Siemonyak dekabrın 12-də Boykonun sanksiya siyahısına əlavə edilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, onun Polşaya girişi qadağan edilib, ölkədəki aktivləri isə dondurulacaq.

O. Boyko hazırda Ukrayna və Avstraliyanın “Qara siyahı”sındadır. 2023-cü ilin noyabrında Kanada hakimiyyəti iş adamına qarşı sanksiyaları ləğv edib. “Forbes”in məlumatına görə, Boykonun sərvəti 1,2 milyard dollar qiymətləndirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Rusiya   Sanksiya  


Bizi "telegram"da izləyin