Finlandiyanın 4 şəhərində Rusiya ilə sərhədlərin açılmasına dəstək aksiyaları keçirilib

2024/12/1734281954.jpg
Oxunub: 489     21:19     15 Dekabr 2024    
2024-cü il dekabrın 15-də Finlandiyanın dörd şəhərində, Rusiya ilə sərhədlərin açılmasına dəstək üçün mitinqlər təşkil edilib.

Ordu.az xəbər verir ki, aksiya iştirakçıları Finlandiya hakimiyyətinə və mediaya, şərq sərhədinin bağlanmasından zərər çəkən insanların hələ də burada olduğunu xatırlatmaq məqsədilə bu nümayişləri keçirdiklərini bildiriblər.

Mitinqlər Helsinki, Lahti, Lappeenranta və Tampere şəhərlərində təşkil edilib. İcmanın əsas mesajı isə sərhədin yalnız mallar üçün deyil, həm də insanlar və qanuni səyahət edənlər üçün açıq olmasının vacibliyini vurğulamaq olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Rusiya  


Bizi "telegram"da izləyin